MM Vüqar Gülməmmədovun namizədliyi haqda rəy verdi

16:00 - 09 Dekabr
    1670 oxunma

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vüqar Gülməmmədovun Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi barədə rəyə baxılıb. 

Komitə sədri Tahir Mirkişili bildirib ki, Hesablama Palatasının son illərdə apardığı audit fəaliyyəti nəticəsində dövlət büdcəsinə 130  milyon manatdan çox vəsait bərpa olunub: “Qurumun işində mühüm keyfiyyət dəyişiklikləri özünü göstərir. Hesablama Palatasına göndərilən bütün sorğular vaxtında cavablandırılır. 2017-ci ildən bəri “Dövlət auditi” adlı jurnal nəşr olunur. Dövlət büdcəsinin tərtibi və icrası ilə bağlı Milli Məclisə təqdim olunan sənədlərin yüksək peşəkarlıqla hazırlandığı nəzərə çarpır və s. Bütün bu proseslərin təkmilləşdirilməsində Vüqar Gülməmmədovun  xidmətləri var.

Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyini məqsədəuyğun hesab edir”.

Qeyd edək ki, V.Gülməmmədov hazırda Hesablama Palatasının sədridir. O, 2013- cü ildən bu vəzifəyə rəhbərlik edir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84