. .

MKİ-nin Raul Kastroya sui-qəsd cəhdi -  Pilot təyyarəni qəzaya salmalı idi

12:32 - 17 Aprel
    15243 oxunma

Ötən gün Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən istefa verən Raul Kastro dünyanın gündəminə çevirilib. O bəyan edib ki, ölkə rəhbərliyini bir qrup təlim keçmiş, inqilaba sadiq olan liderə təhvil verməkdən məmnundur. 

Raul Kastronun istefa verməsi onun siyasi fəaliyyəti zamanı ABŞ tərəfindən dəfələrlə sui-qəsdə məruz qalması barədə maraqlı faktları ortaya çıxarıb.

Bizimxeber.az xarici mətbuata istinadən bildirir ki, MKİ səlahiyyətliləri 1960-cı ildə Raul Kastroya sui-qəsd etməyə cəhd göstəriblər. Bu barədə George Washington Universitetindəki Milli Təhlükəsizlik Arxivi məxfi sənədlərə istinad edərək məlumat yayıb.

Arxivin veb saytı Kuba inqilabının liderinə edilən sui-qəsd cəhlərindən biri barədə maraqlı detalları açıqlayıb. Belə ki, agentliyin yüksək vəzifəli şəxsləri Raul Kastronu öldürmək üçün Praqadan Havanaya aparan təyyarənin pilotuna 10.000 dollar mükafat təklif ediblər.  Kubalı pilot Jose Raul Martinezin uçuş zamanı "qəzanı təşkil etməsi" planlaşdırılıb. Öz ölümü halında, pilotun iki oğluna ABŞ-da təhsil almaq və yaşamaq imkanları yaradılacağı zəmanəti verilib.

Martinez və Murray adlı pilotlar Praqaya uçmaq üçün hava limanına gedən avtomobildə sui-qəsd planını müzakirə etdirlər. Lakin Murray adlı ikinci pilot göyərtədəki hər kəsin həyatını təhlükəyə atmaqdan imtina edib. 

Arxivin yaydığı məlumata görə, bu cəhd, MKİ-nin Raul Kastronun böyük qardaşı inqilabçı Fidel Kastroya sui-qəsd cəhdindən bir neçə həftə əvvəl baş verməli imiş.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84