Mişustin əmr verdi - Təcili məhdudiyyətlərin aradan qaldırılması planı hazırlansın

13:18 - 28 Aprel
    640 oxunma

Rusiyanın Baş naziri Mixail Mişustin Rospotrebnadzor və baş nazirin müavini Tatyana Qolikovaya koronavirusun yayılması səbəbindən ölkədə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması planını hazırlamağı tapşırıb. Müvafiq sənəd hökumətin saytında dərc olunub.

Tapşırığa əsasən, məhdudiyyətlərin aradan qaldırılması və ya yumşaldılması konsepsiyası aprelin 29-dək hazır olmalıdır.

Baş nazir tərəfindən həmçinin Səhiyyə Nazirliyi, Rospotrebnadzor və Golikovaya koronavirus xəstələrini xüsusi olaraq qurulmuş tibb müəssisələrindən digər tibb müəssisələrinə və ya ambulator müalicəyə köçürülməsi meyarlarını da təsdiq etmək tapşırılıb.

Qeyd edək ki, aprelin 27-də Rospotrebnadzor rəhbəri Anna Popova mayın 12-nə qədər Rusiyada məhdudiyyətlərin uzadılmasının vacibliyini bildirib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84