Misir "Ever Given" gəmisini "girov" saxlayır - Bir milyardlıq kompensasiya qalmaqalı
-
12240 oxunma

Misir höküməti Süveyş kanalının bağlanmasına görə, kompensasiya olaraq bir milyard dollardan artıq pul qazanmağı planlaşdırır. Bizimxeber.az bildirir ki, kompensasiya "Ever Given" gəmisinin sahibindən tələb olunur.
Rəsmi Misir pul köçürülməyənə kimi gəminin Süveyş kanalını tərk etməyə imkan verməyəcəyini açıqlayıb. Əks təqdirdə problem məhkəmə müstəvisinə çıxarılacaq. Kompensasiya məsələsini şərh edən bəzi eksperlər isə "Ever Given" gəmisinin sahibinin pulu ödəməsinin çətin olacağını bildiriblər.
Qeyd edək ki, gəmi Yaponiya şirkətinə məxsusdur, Panama bayrağı altında üzür.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84