Minskə qayıdan Ukrayna səfiri sərhəddə təhqir edildi - VİDEO

12:27 - 12 Sentyabr
    2260 oxunma

Kiyevin Minskdəki səfirliyinin rəhbəri İqor Kizim Belarusa girişində sərhədçilər tərəfindən qanunsuz axtarılmasından şikayətlənib. Səfir diplomatik pasport sahiblərinin Vyana Konvensiyasına əsasən toxunulmaz olduğunu xatırladıb.

Qeyd edək ki, səfir Belorus rus "Vaqner”çilərin Ukraynaya təhvil verilməsindən imtina edəndən sonra iki ölkə arasında münasibətlərin dayandırılması səbəbindən geri çağırılıb. Tezliklə ölkələr qardaşlıq əlaqələrini bərpa edib və Kizim Minskə yola düşüb. O, TUT.by-yə açıqlamasında Sərhəd Komitəsinin əməkdaşlarının onun baqajında nə olduğunu yoxladıqlarını bildirib.

"Belarusa giriş, yumşaq desək, heç də dostyana deyildi və hesab edirəm ki, təxribatla başladı", - səfir deyib. Kizim Minski "diplomatik müharibə" ilə təhdid edib. Lakin Belarus güc strukturunun rəhbərliyi Novaya Qutadakı sərhədçilərin səfirin avtomobilinə və baqajına baxış keçirmədiyini bildirib. 

"Yalnız Belarus qanunvericiliyinə uyğun olaraq sərhəd nəzarəti prosedurunun bir hissəsi olan nəqliyyat vasitəsinə baxış keçirildi", - Komitədən deyilib. Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski Belarusda təkrar seçki keçirilməsini dəstəkləyib və bununla da altıncı müddətə yenidən seçilən Aleksandr Lukaşenkoya qarşı etirazçıları dəstəkləmiş olub.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84