Minsk hava limanında xarici jurnalistlər saxlandı - FOTO

13:48 - 19 Avqust
    2760 oxunma

Belarusa gələn bir qrup xarici jurnalist Minsk hava limanında saxlanılıb. Bizimxeber.az Belarus mətbuatına istinadən bildirir ki, xarici media nümayəndələri ölkədəki vəziyyət barədə reportaj hazırlamaq məqsədi ilə gəldiklərini bildiriblər.

Lakin ölkənin Sərhəd Xidməti rəhbərliyi iddia edib ki, xarici jurnalistlər səfərlərinin əsl mahiyyətini və məqsədini gizlədirlər. Nəticədə Jurnalistlərin avadanlıqları əllərindən alınıb və onlar məhkəmə qarşısına çıxarılıb. Belarus məhkəməsi xarici jurnalistlərin Belarus ərazisində jurnalist fəaliyyətinin həyata keçirilməsi üçün akkreditasiyalarının olmadığını əsas gətirirək onların Belarusa daxil olmasını əngəlləyib. Yalnız Danimarka radiosunun müxbirlərnin akkreditasiyası olduğu üçün onlar ölkə buraxılıb. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84