. .

Minlərlə Türkiyə TIR-ı həftələrdir Rusiya-Gürcüstan sərhədində qalıb

14:01 - 21 Aprel
    20907 oxunma

Mindən yuxarı Türkiyə TIR-ları həftələrdir Rusiya-Gürcüstan sərhədindəki Kazbegi-Verxniy Lars sərəd-keçid məntəqəsində qalıb, sürücülər acınacaqlı vəziyyətlə üzləşib. Virtualaz.org xəbər verir ki, sürücülər “Bir Gün” qəzetinə (Türkiyə) üzləşdikləri dramatik vəziyyət barədə danışıblar. 

Bildiriblər ki, Rusiya ərazisindən keçib Gürcüstana, oradan isə Türkiyəyə getmək istəyirlər, amma sərhəd-keçid məntəqəsində rusiyalı məmurlar Türkiyə nömrə nişanlı TIR-ları buraxmır. Ermənistan, Gürcüstan, Rusiya dövlət nömrə nişanlı TIR-lar isə sərhəddən maneəsiz keçir.

Uzunluğu 150-200 kilometrə çatan növbədə gözləyən mindən artıq türkiyəli TIR sürücüsü qida, isinmə, təmizlik sarıdan çox ciddi sıxıntılar yaşadıqlarını, ərzaqlarının bitdiyini, həftələrdir çimmədiklərini deyirlər. Onlar artıq bir aya yaxındır bu acınacaqlı vəziyyətdə olduqlarını bildirirlər.

“Rusiyalı məmurlar bizimlə maraqlanmırlar. Sərhəd-keçid məntəqəsindən digər xarici ölkə TIR-larının keçidi isə davam edir. Dağ başında və yol kənarında minlərlə TIR-ın içərisində minlərlə türkiyəli şofer yaşamaq uğrunda mübarizə aparır. 

Bölgədə yaşayan əhalinin gətirdiyi su və çörəklə qidalanırıq. Tualet yoxdur, həftələrdir çimmirik və acınacaqlı haldayıq. TIR növbəsinin uzunluğu 150 kilometri keçib”,-sürücülər deyirlər.

Sürücülərdən Mehmet Savu bildirir ki, əvvəllər də Yuxarı Lars sərhəd-keçid məntəqəsində problemlərlə üzləşirdilər, amma indiki vəziyyətlə üzləşməmişdilər. “Ruslar deyir xoşunuza gəlmirsə buradan keçməyin. Mən Türkiyədən 55 gün əvvəl çıxmışam və 18 gündür burada gözləyirəm. TIR-larımızın borcu və sığorta ödəmələri var. İçməyə su, yeməyə çörək tapmırıq...”,-o deyib.

Qeyd edək ki, bu günlərdə Rusiya koronavirusun geniş yayıldığını əsas gətirərək Türkiyəyə bütün uçuşları dayandırıb. Nəticədə milyonlarla rusiyalı turistin Türkiyə kurortlarına getməsinin yolu kəsilib. /Virtualaz/

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84