Millimizin futbolçusu evləndi - FOTOLAR

00:59 - 06 Yanvar
    1420 oxunma

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının və “Sabah” klubunun üzvü Ozan Can Kökçü ailə qurub.  Nikah mərasimi gənc yarımmüdafiəçinin doğulub boya-başa çatdığı Niderlandın Hofddorp şəhərində gerçəkləşib. Karantinlə əlaqədar mərasim məhdud çərçivədə baş tutub.

Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasına 2017-ci, “Sabah”a isə 2019-cu ildən cəlb olunub. Onun qardaşı Orkun Kökçü Türkiyənin əsas millisində və Niderland “Feyenord”unda forma geyinir.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84