Milli Qəhrəmanın oğlu yeni vəzifəyə təyin edildi - FOTO

16:09 - 23 İyul
    2280 oxunma

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yeni kadr təyinatı aparılıb. Belə ki, Ceyhun Əsgərov qurumun mətbuat xidmətinə rəhbər təyin edilib. Bizimxeber.az xəbər verir ki. C.Əsgərov Modern.az-a bildirib ki, bu, onun mətbuat xidmətində ilk fəaliyyəti deyil. O, hələ yeni başladığı iş haqda geniş danışmaq istəməyib.

Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar "Araz” radiosunda siyasi şərhçi, "Türk El” telekanalında baş direktor, CBC kanalında "Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifələrini tutub. 

Yeni təyinatından əvvəl C. Əsgərov www.aznews.az və www.novosti.az.İnformasiya portallarının baş redaktoru kimi çalışıb. 

Xatırladaq ki, Ceyhun Əsgərov şəhid Milli Qəhrəman Salatın Əsgərovanın oğludur.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84