Milli Qəhrəman İlqar Mirzəyevin anası Azərbaycan vətəndaşlığına qəbul edildi

12:15 - 30 Dekabr
    1460 oxunma

Azərbaycan vətəndaşlığını qəbul etmək istəyini bildirən bir neçə şəhid anasının müraciətlərinə müsbət yanaşılıb və Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə onların hər biri Azərbaycan vətəndaşlığına qəbul edilib.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, bu şəxslər 2020-ci il 14 iyul Tovuz döyüşlərində şəhid olmuş və Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası - Mirzəyeva Gülnar Abdulla qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası - Əliyeva Miroslava Petru qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası- Rotar Ana Andreyevnadır.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84