Milli Məclisin şöbə müdiri hansı dostunun “Porsche”-sini satışa çıxardı? 

12:22 - 12 May
    1595 oxunma

Ötən gündən etibarən sosial şəbəkələrdə Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədova məxsus olduğu iddia edilən “Porsche” markalı avtomobilin satışa çıxarıldığı bildirilir.

Bizimxeber.az bildirir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb. Bildirilir ki, İ. Məmmədov "Turbo.az" saytında avtomobilini satışa çıxarıb. Eyni zamanda, sosial şəbəkə hesabında da avtomobillə bağlı da məlumat yerləşdirib. 

Belə ki, “ Porsche Boxter GTS” avtomobil 54 min dollara (təxminən 92 min manata) təklif olunub. Elanda qeyd olunub ki, bu komplektasiyada Azərbaycanda ikinci avtomobil yoxdur. İ. Məmmədov bildirib ki, avtomobil ona məxsus deyil: “O mənim dostumun maşını idi.  Bir ay əvvəl məndən xahiş etmişdi ki, elanı səhifəmdə paylaşım. Mən də burada heç bir qəbahət görmürəm və elanı paylaşmışam. 

Qeyd edək ki, məsələ ilə bağlı Milli Məclisin yeni mətbuat xidmətinin rəhbəri Ceyhun Əli ilə də əlaqə saxlamağa çalışdıq. C. Əli telefona cavab verməyib.

 
Milli Məclisin şöbə müdirindən “Porsche” ilə bağlı AÇIQLAMA
Milli Məclisin şöbə müdirindən “Porsche” ilə bağlı AÇIQLAMA
Milli Məclisin şöbə müdirindən “Porsche” ilə bağlı AÇIQLAMA
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84