Millət vəkilindən sosial media istifadəçilərinə çağırış

12:08 - 19 Yanvar
    6520 oxunma

Millət vəkili Sabir Rüstəmxanlı sosial media istifadəçilərinə çağırış edib. 

Bizimxeber.az xəbər verir ki, deputat türkdilli dövlətlərdən olan dostların çevrəsini genişləndirməyin vacib olduğunu vurğulayıb: "Özbək, qazax, türkmən, qırğız, tatar, türk, Güney Azərbaycanlı tanışlarımızı Azərbaycan sosial media səhifələrinə dəvət edək.

Hər kəs öz dilində, öz ləhcəsində yazsa da, bir- birimizi anlamağın çətin olmadığını görəcəksiniz! Bu yolla qardaş ölkələrin ictimai, siyası, mədəni həyatı haqqında daha çox bilgi alarıq və əlaqələrimiz daha da genişlənər”. Sabir Rüstəmxanlı bu işin artıq başlandığını qeyd edib: "Türkiyə və Özbəkistandan olan dostlarımız və həmkarlarımızla ilişkilərimizin ildən-ilə genişlənməsi örnək sayıla bilər”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84