Millət vəkili: "Neftçalada görülən işlər bizi qane edirmi? Təbii ki yox"

11:07 - 13 İyul
    1895 oxunma

"Neftçalanln üzləşdiyi ağır durumdur, Kürün suyunun azalması və şorlaşması rayonda nəinki 80 min nəfər insanın, həm də heyvanların, əkin-biçinin susuz qalmasıdır". Bunu Bizimxeber.az bildirir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib. Onun Millət vəkili bildirib, respublika rəhbərliyi bu məsələni nəzarətə götürüb:

"Hər gün Neftçaladan mənə onlarla zəng gəlir. Rayonda əhalisinin çoxu telefon nömrəmi bilir. Milli Məclisdə ən çox məktub alan millət vəkillərindən biriyəm və məktubların əksəriyyəti Neftçaladan gəlir. Üstəlik rayondakı köməkçim hər gün camaatın arasındadır. Mən vəziyyət barədə ilk gündən Milli Məclisdə danışmışam, dəfələrlə yazmışam, əlaqədar təşkilatlar, nazirliklər üçün həyəcan təbili çalmışam. Respublika rəhbərliyi vaxt itirmədən bu məsələni nəzarətə götürüb, Baş nazirin müavinin sədirliyi ilə özəl komissiya yaradılıb, Neftçalaya su kəməri çəkilişi sürətləndirilib, başqa məsələlərin həlli ilə bağlı müəyyən tədbirlər görülür. İşlər yetərlidirmi, görülən işlərin sürəti bizi qane edirmi? Təbii ki yox".

Sabir Rüstəmxanlı qeyd edib ki, bu problemin köklü həlli vaxt istəyir: 

"Ancaq hər halda indiki vəziyyətdə başımızın üstünü qəfildən almış pandemiya şəraitində həm rayon rəhbərliyi, həm əlaqədar təşkilatlar, həm də bir millət vəkili olaraq mən əlimizdən gələni edirik ki, camaatın içməli suya olan ehtiyacı minimum şəkildə olsa da, ödənilsin. Amma Neftçala camaatının, eyni zamanda pambıqçıların vəziyyətinin ağırlığını diqqətdən kənarda saxlamaq olmaz. Əkin sahələrinin xilas etmək üçün təcili tədbirlər görülməlidir..."


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84