Müharibə dövründə belə gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətlərın sayı artır - Nə baş verir?

13:55 - 03 Noyabr
    5170 oxunma

Uzun illər müharibə şəraitində olan Azərbaycan bu gün real müharibə günlərini yaşayır. Azərbaycan ordusu ön cəbhədə tarix yazır, uzun illər işğalda qalan torpaqlarımız azad olunur. Bir sözlə hər kəs "Qarabağ Azərbaycandır!" deyib vətənin müdafisəindədir. Arxa cəbhədə dayanan mübariz Azərbaycan vətəndaşları da ordumuza dəstəyi əsirgəmir, əlindən gələni edir ki, vətən, dövlət qarşısında borcunu ödəsin. Bütün bunlar məsələnin mənəvi tərəfidir. Ordu öz işini görür, vətəndaş da ona dəstək verir. 

Amma diğər tərəfdən müharibə pul deməkdir, daha doğrusu, iqtisadiyyatdır. Müharibələrdə iqtisadiyyatın zəifləməsi, əsas vəsaitin dövlət büdcəsindən ayrılması faktorları büdcənin azalmasına, hətta boşalmasına gətirib çıxara bilir. Bunun qarşısının alınması üçün rəsmi qurumlar, əsasən də vergi və gömrük kimi strateji sahələr daha aktiv və səmərəli işləməlidir. Bir qədər də dəqiqləşdirsək sözügedən qurumlar tam şəffav fəaliyyət göstərməlidir.

Amma...  Görünən odur ki, bəzi qurumlar əsasən də Dövlət Gömrük Komitəsindəki fəaliyyətlə bağlı narahatedici məlumatlar gəlməkdədir. Əslində belə məlumatlar əvvəllər də var idi.

Xatırlayırsızsa hələ müharibə başlamazdan əvvəl gömrükdə adı olub, rəsmi fəaliyyəti olmayan, vergi ödəməyən, heç bir DSMF ödəmələri həyata keçirilməyən şirkətlərin peyda olması ilə bağlı məlumat vermişdik. Məlumatlarda qeyd olunurdu ki, bu "şirkətlər"in malları gömrükdə asanlıqla rəsmiləşir və dövriyyəyə buraxılır. Həmin şirkətlər bu malların ölkəyə idxalına görə, heç bir rəsmi vergi ödəməsi həyata keçirmir, işçisi yoxdur, DSMF-yə ödəniş etmir və sairə.

Lakin məsələ burasındadır ki, müharibə gedən ölkədə belə qanunsuz şirkətlərin fəaliyyətini məhdudlaşdırmaq, dövlətə vergi, DSMF ödəyən şirkətlərin fəaliyyətinə daha da şərait yaratmaq əvəzinə qanunsuz şirkətlərin fəaliyyəti daha da çoxaldılır. Bu isə "dərə xəlvət tülkü bəy" deyiminə oxşayır. 

Bizimxeber.az-a daxil olan məlumata görə, son günlər gömrükdə qanunsuz fəaliyyətlə məşğul olan şirkətlərin sayı ağılagəlməz dərəcədə artıb. İstər Bakıda, istərsə də Sumqayıt gömrük idarələrində belə şirkətlərin maları problemsiz olaraq rəsmiləşdirilir. Yenə vergisiz, DSMF-siz... Qanuni fəaliyyət göstərən, vergi ödəyən, ən əsası bütün çətin günlərndə dövlətin, ordunun və vətəndaşın yanında olanlar isə ciddi problemlərlə üzləşir. 

Vergidaxilolmalarına nəzarəti gücləndirmək üçün yaradılan Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi isə heç nə olmamış kimi susur. İdarə rəisi Azər Məmmədov nəyi gözləyir? Baş verənlərdən xəbərsizdirmi? Ümumiyyətlə, bu faktlar barədə xəbərsiz olmaq olarmı?

Axı bu idarənin əsas işi vergidaxilolmalarına ciddi nəzarət etmək, vergidən yayınan şirkətləri müəyyən etmək, idxal-ixraca nəzarət, gömrük rəsmiləşdirmələri zamanı baş verən bütün halları araşdırmaqdır. Azər Məmmədov bu işin öhdəsindən niyə gələ bilmir? Köhnə sistem niyə yenidən dövriyyəyə buraxılıb? 

Prezident İlham Əliyev  - "güclü istisadiyyat formalaşmalıdır, vergidaxilolmalarına ciddi nəzarət olunmalıdır, hər bir şirkət və ya fərdi sahibkar vergi ödəyicisinə çevrilməlidir, qara iqtisadiyyata son qoyulmalıdır" dediyi və tələb etdiyi zamanda gömrükdə baş verənlərin adını nə qoyaq? Müharibə dövründə belə bir hal baş verirsə bunun adı xəyanət deyilmi?

Qurumlar nədən anlamaq istəmirlər ki, ölkədə müharibə gedir və büdcə xərcləri sürətlə artır. Bu xərclərin bərpası yalnız şəffav iş mexanizmindən keçir. Əgər anlayırlarsa, o zaman nədən gömrükdə qanunsuz fəaliyyət göstərən şirkətlərə yaşıl işıq yandırılıb? Əslində bu sualların cavabı bəllidir. Qarışıq vəziyyətdən istifadə edib milyonlar qazanmaq... Bu isə xəyanətdən başqa bir şey deyil...

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84