Müğənni həbs edilən icra başçısı barədə ŞOK FAKTLARI AÇIQLADI

21:40 - 29 Aprel
    920 oxunma

Gənc müğənni, “Abşeron” qrupunun solisti Şəhriyar Məhərrəmov bu gün həbs edilən Biləsuvar rayon İcra Hakimiyyərinin başçısı Mahir Quliyevlə bağlı bəzi xatirələrini bölüşüb.

M.Quliyev barədə sosial şəbəkədə yazan müğənni icra başçısını təxminən 15 ildir tanıdığını və onun həmin vaxt restoranda işlədiyini deyib: “2005, ya 2006-cı il idi, dəqiq yadımda qalmayıb, bulvardakı restoranda ofisiant işləyirdim. Mahir bəy o vaxtı həmin restoranı işlədirdi, adminstrator, ya müdir kimi.

Bir dəfə aşağı zalda Telman İsmayılovun anasının ad günü oldu. Telman və dostları o qədər dollar səpmişdilər ki, məclis qurtarandan sonra adminstrator zalın tavanında bəzək kimi vurulan alçipanın arasından paçka-paşka dollar çıxardırdı. Pullar səpilərkən bəzi paçkalar açılmayıb topa ilə alçıpanın arasına girib qalırdı.

O qədər pulu yığdılar, amma səhərdən gecəyə kimi VÖEN-siz, heç bir müqaviləsiz az maaşa işləyən ofsiatlara-bizə bir qəpik də vermədilər”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84