. .

Müğənni Aslan Hüseynovun ölüm xəbəri təsdiqləndi 

14:29 - 04 May
    2282 oxunma

Müğənni Aslan Hüseynov vəfat edib. 

Bizimxeber.az Baku TV-yə istinadən xəbər verir ki, onun yol-nəqliyyat hadisəsi zamanı öldüyü deyilir. Qəza zamanı 55 yaşlı ifaçının yanında olan sərnişinin də vəfat etdiyi bildirilir.

Qeyd edək ki, ötən gün mərhum müğənninin anasının 7 mərasimi keçirilib.

***

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis polkovnik-leytenantı Namidan Piriyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynovun qəzaya düşərək vəfat etməsi xəbəri yalandır: “Avtomobil Aslan Hüseynovun adına olub, özü maşında olmayıb. Qəzada sürücü vəfat edib”.

***

Daha sonra Baş Dövlət Yol Polisi İdarəsindən mətbuata müğənni Aslan Hüseynovun qəzada vəfat etdiyi təsdiqlənib: “Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub. Nəticədə Aslan Hüseynov vəfat edib”.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84