Müflis elan edilmiş bankların müştərilərinə əmanətlərin 90 faizi qaytarılıb

17:23 - 11 Dekabr
    1840 oxunma

Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2020-ci ilin aprel-may aylarında müflis elan olunan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 24 min 27 qorunan əmanətçisinə 608 milyon 79,2 min manat kompensasiya ödəyib.

Bu barədə Fonddan məlumat verilib.

Həmin məbləğ banklar üzrə qorunan əmanətçilərə ödəniləcək ümumi kompensasiyanın 90,1 faizini təşkil edir.

Belə ki, “Atabank” ASC üzrə 9 min 657 əmanətçi 236 milyon 339,4 min manat , “Amrah Bank” ASC üzrə 5 min 715 əmanətçi 138 milyon 318,2 min manat, “AGBank” ASC üzrə 4 min 533 əmanətçi 108 milyon 938 min manat, “NBC Bank” ASC üzrə isə 4 min 122 əmanətçi 124 milyon 483,6 min manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84