Meyxanaçı pulsuzluqdan taksi sürməyə başladı - FOTO  

14:34 - 17 Dekabr
    1550 oxunma

Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan meyxanaçı Samirə Yusifqızı karantin sərtləşdikdən sonra vəziyyətinin daha da çətinləşdiyini bildirib. Bizimxeber.az xəbər verir ki, o, Yenisabah.az-a  pul qazanmaq üçün taksi sürdüyünü deyib:

"Vəziyyət yaxşı deyil. Taksi sürürəm, elə bu dəqiqə taksidəyəm, müştəri aparıram. Artıq sürücülük etməyə başladım, vəziyyət belədir. Bundan sonra nə edəcəyimi bilmirəm. Yalnız düşünürəm ki, maşının gündəlik icarə pulunu necə verim, necə benzin töküb şəhərə çıxım ki, axşam evimə 5 manat pula apara bilim. Hələ ki, başqa heç nə fikirləşmirəm”.

59 yaşlı sənətçi bir müddət əvvəl satışa çıxardığı evinin hələ də satılmadığını qeyd edib: "Əhmədlidəki evimi satışa qoymuşdum. O da hələ satılmayıb. Heç olmasa o satılsaydı, borclarımın bir qismini ödəyərdim”.

Xatırladaq ki, S.Yusifqızı bir müddət əvvəl pulsuzluqdan sosial şəbəkə hesabında kürk, dəri gödəkcələrini satışa çıxarmışdı.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84