Meyidi girov saxlanılan 22 yaşlı qızın anası Mehriban Əliyevaya müraciət etdi

21:08 - 26 İyun
    3210 oxunma

Bona Dea Beynəlxalq Hospitalı 22 yaşlı MəmmədovaTəbəssümün meyidini ailəsinə vermir. 

Bizimxeber.az xəbər verir ki, vəfat etmış qızın anası Əsgərova Elnurə 8 min borclu qaldıqlarını danmır. Amma bu qədər vəsaitin olmadığı üçün əlacsız bir vəziyyətdə olduqlarını dilə gətirərək, sosial şəbəkədə Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya videomüraciət edib.

Müraciətdə deyilir:


"Mən Əsgərova Elnurə.
Mehriban xanım bir ana kimi sizə müraciət edirəm!
Mən ölkəmizin prezidenti İlham Əliyevdən xahiş edirəm!
Balamın nəşini almaqda mənə kömək edin.

Bona Dea hospitalı borca görə qızımın nəşini mənə vermir. Onlara borcumun bir qismini ordan-burdan tapıb verdim. Amma daha yoxumdu. Ödəyə bilmirəm. Deyirlər ki, borcu verməyənədək qızımın nəşini soyuducuda saxlayacaqlar. 
Xahiş edirəm! Mənə kömək edin qızımın nəşini torpağa tapşırım".

 

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84