Metronun açılması ilə bağlı məlumatlara - Rəsmi münasibət

23:37 - 07 Fevral
    8160 oxunma


"Son günlər sosial şəbəkələrdə, eləcə də bir sıra kütləvi informasiya vasitələrində Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin fevral ayının 15-də bərpa olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır".

Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

"“Bakı Metropoliteni” QSC bir daha bildirir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah hələ heç bir qərar verməyib. Məlumat üçün onu da əlavə edirik ki, xüsusi karantin rejiminin tətbiq edildiyi pandemiya dövründə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir.

“Bakı Metropoliteni” QSC kütləvi informasiya vasitələrindən bununla bağlı məlumatları yayarkən, həmçinin geniş ictimaiyyətdən yalnız rəsmi mənbələrin məlumatına istinad etmələrini xahiş edir", - deyə məlumatda bildirilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84