Metro fəaliyyətini bərpa edir? - RƏSMİ

17:16 - 07 May
    890 oxunma

Bakı Metropoliteninin stansiyaları fəaliyyətini bərpa etmək üçün tam hazırdır.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.  Onun sözlərinə görə, metropoliten rəhbərliyi bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyir: "Hələlik metronun fəaliyyətə başlayacağı tarix barədə bizə heç bir göstəriş verilməyib.

Qərar nə vaxt verilsə, həmin vaxtdan metro fəaliyyətini bərpa edəcək. Operativ Qərargah hansı qərar və şərtlər açıqlasa, həmin qaydalarla işləməyə hazırıq.

Qaydalara uyğun olaraq metroda dezinfeksiya və təhlükəsizlik tədbirləri davam etdiriləcək. Əgər karantin dövründə metronun fəaliyyəti bərpa olunarsa, qurumun iş prinsipi Operativ Qərargahın müəyyən etdiyi qayda və şərtlərinə uyğun qurulacaq".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84