Mətbuat sahəsində hansı islahatlar həyata keçiriləcək? – Əhməd İsmayılov açıqladı

14:36 - 14 Yanvar
    2660 oxunma

Azərbaycanda medianın inkişafı, jurnalistikada peşəkarlığın artırılması və bu sahədəki problemlərin həlli istiqamətində islahatlar dərinləşdirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə artıq Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.

Bizimxeber.az-ın məlumatına görə , Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramının qonağı olan yeni yaradılan qurumun İcraçı direktoru Əhməd İsmayılov rəhbərlik etdiyi agentliyin fəaliyyət istiqamətlərindən danışıb.

MEDİA-nın jurnalistikanın inkişafında görəcəyi işlərdən danışan Ə.İsmayılov deyib ki, əsas məqsəd mətbuatda islahatların dərinləşdirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yardım etməkdir.

Eyni zamanda, mətbuat orqanlarının nüfuzunun qaldırılmasına, biznes subyektinə çevrilməsinə yardım ediləcək. Proqramda Ə.İsmayılov mətbuat sahəsində aparılacaq islahatlarla bağlı vacib sualların hər birinə ayrı-ayrılıqda cavab verib.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84