Mətbuat bosslarının himayədar uğrunda ölüm-dirim savaşı-Şöhrət El-Dəniz

14:36 - 01 Sentyabr
    2315 oxunma

Mətbuatda islahatlar qaçılmazdır. Daha o köhnə qaydalar işləmir və işləməyəcək də. Bu sahə getdikcə daha iyrənc formaya düşəcək. Artıq düşüb də, demək olar. Bu gün öndə gedən, “azad mətbuat” imicini hər addımda gözə soxanların çoxları nəzarətsiz, istiqamətsiz fəailiyyət göstərə bilmir. Ona görə əksəriyyəti yeni himayədar axtarışındadır. Həmin himayədarı tapa bilmədiklərinə görə isə mətbuatda çaşqınlıq və xaos höküm sürür.

Dövlət bir vaxtlar Ramiz Mehdiyev və Əli Həsənovun nəzarətində olan mətbuatı, pis çıxmasın, sepdən açıb buraxdı. Ya da, belə deyək, sahibsiz mətbuat zənciri qırıb. İndi o yan-bu yana atılıb düşərək yeni sahib axtarışındadır. Problemin kökü də məhz buradadır. İllərdir kiminsə diqtəsi altında işləyən mətbuat bu gün müstəqil fəailiyyət göstərə, müstəqil qərarlar verə bilmir. Bu isə həm dövlətə, həm də cəmiyyətə çox ciddi ziyan vurur.

Problemi həll etmək üçün dövlətdən, dövlətin hansısa qurumlarından kömək gözləmək əvəzinə mətbuat özü-özlüyündə islahatlara getməlidir. Yeni idarə etmə, yeni baxış, yeni tezislər gündəmə gəlməlidir. Mətbuat Şurası bürokratik aparat rolunu oynamaqdan əl çəkib ictimai bir qurum kimi önə çıxmalıdır. Mətbuat “boss”ları bir araya gəlib yeni dövr üçün yeni strategiya müəyən etməlidir.

Cəmiyyətin inandığı, sözünə önəm verdiyi yazarlar irəli çəkilməli, onlara özlərini realizə etmək imkanları tanınmalıdır. Yoxsa dövlətin hansısa bir qurumu və yaxud hansısa bir məmur yenidən Ramiz Mehdiyev və Əli Həsənov metodundan istifadə etməklə mətbuataın idarə edilməsinin daha eybəcər formasını ortaya qoyacaq. Halbuki, prezident İlham Əliyevin apardığı islahatlardan, danışdığı sözlərdən, tezislərindən anlamaq olur ki, o mətbuatı kuryer rolunda görmək istəmir.

Prezident dəfələrlə çıxışında bildirib ki, dövlətin idarə edilməsində ictimai nəzarət mexanizmi kimi mətbuatın rolu vacibdir. Bu isə o deməkdir ki, ictimai nəzarət rolunu oynayacaq mətbuata veriləcək sərbəstlik limiti Ramiz Mehdiyevin və Əli Həsənovun qoyduğu limit çərçivəsində olmayacaq: Daha geniş imkanlar tanınacaq. Baş verənlər də sübut edir ki, mətbuata əvvəliki kobud nəzarət və kobud müdaxilə azalıb.

Və bu fürsətdən mətbuat yararlanmalıdır. Təssüf ki, özünü mətbuatın başbilənləri sayanlar bu amili nəzəra almaq əvəzinə yeni himayədar uğrunda ölüm-dirim savaşı edirlər. Bu savaşdan mətbuatın qalib çıxacağını isə düşünmürəm.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84