Məşhur model etirazçılar üçün 200 min dollar xərclədi

13:32 - 01 İyun
    615 oxunma

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polisin qaradərili Corc Floydu dizi ilə boğaraq öldürməsi ölkəni ayağa qaldırıb. Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, etirazlar zamanı tutulanlara tanınmış model Krissi Teygen zamin durub.

Model 200.000 dollar girov ödəyərək tutulan etirazçıları azad etdirib. Bu haqda sosial şəbəkə hesabında məlumat verən 34 yaşlı model “Səssiz qalmaq xəyanətdir” – deyə yazaraq izləyicilərindən də dəstək istəyib. 

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı bir çox məşhur sosial şəbəkələrdə etiraz edib. Onların arasında Naomi Kempbell, Lebron Ceyms, Bella Hadid, Cessika Alba və başqaları da yer alıb. Məşhurlar Corc Floydun “Nəfəs ala bilmirəm” ifadəsini paylaşaraq məsələyə diqqət çəkməyə çalışıblar. 

 
Məşhur model etirazçılar üçün 200 min dollar xərclədi 
Məşhur model etirazçılar üçün 200 min dollar xərclədi 
Məşhur model etirazçılar üçün 200 min dollar xərclədi 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84