Məşhur güləşçimiz zədələndi

03:59 - 17 Yanvar
    20840 oxunma

Azərbaycanın sərbəst güləş üzrə olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov zədələnib. 97 kq çəki dərəcəsində mübarizə aparan33 yaşlı pəhləvan Fransanın Nitsa şəhərində keçirilən Qran-pridə problemlə üzləşib. 

Qrup sistemi ilə gerçəkləşən mübarizədə əvvəlcə Gürcüstan təmsilçisi Givi Matçaraşviliyə 3:8 hesabı ilə uduzan Şərifov daha sonra Rumıniyadan olan Mixael Manyaya qalib gəlib - 11:0. Lakin bu qələbə təcrübəli güləşçiyə zədə bahasına başa gəlib. Nəticədə o, ABŞ pəhləvanı Kayl Snayderlə yarımfinal, Polşadan olan Radoslav Baranla isə bürünc medal görüşünə çıxa bilməyib.

Qeyd edək ki, Şərif Şərifov 2011-ci ildə Türkiyənin İstanbul şəhərində dünya, 2012-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda olimpiya və 2019-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionu olub.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84