Məşhur aparıcının AzTV-dəki verilişi bağlandı

17:24 - 26 May
    1420 oxunma

Kamilə Babayevanın aparıcısı olduğu "Görüş yeri” verilişinin yayımı dayandırılıb.

Bizimxeber.az bildirir ki, Axşam.az-ın məlumatına görə, AzTV-də yayımlanan layihənin hansı səbəbdən bağlandığı bəlli deyil. Aparıcının yeni mövsümdən başqa proqramla kamera qarşısına keçəcəyi bildirilir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı təsdiqləyib. Kamilə Babayeva isə açıqlamasında verilişdə aparıcı kimi bir mövsümlük müqavilə bağladığını bildirib: "Bu verilişə gələrkən bilirdim ki, proqram mayın sonunadək davam edəcək.

Çünki mənə deyildi ki, bir mövsümlükdür. Razılaşmam bu mövsümlük idi. Bütün verilişlər də əvvəlcədən çəkilib, təhvil verilir. Yeni mövsümdə başqa layihə ilə efirə çıxacam”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84