Merkel və Putin telefonla danışdı
-
9040 oxunma

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel telefonla Donbassdakı vəziyyəti müzakirə ediblər.
Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, tərəflər gərginliyin artmasından narahatlıqlarını bildiriblər. Hər iki dünya lideri tərəfləri danışıqların fəallaşmasına çağırıblar.
"Kiyev rəhbərliyi tərəfindən əvvəllər əldə edilmiş razılaşmaların, ilk növbədə, Donetsk və Luqansk ilə birbaşa dialoqun qurulması və Donbasın xüsusi statusunun hüquqi rəsmiləşdirilməsi ilə bağlı razılaşmanın ciddi şəkildə yerinə yetirilməsinin vacibliyi vurğulanıb", – deyə məlumatda deyilir.
Danışıq çərçivəsində bloger Aleksey Navalnıy ilə bağlı vəziyyət də müzakirə edilib.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84