.
.

Merkel Qorbaçovu yubiley münasibətilə təbrik etdi

14:30 - 02 Mart
    7720 oxunma

Almaniya kansleri Angela Merkel SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovu 90 illik yubileyi münasibətilə təbrik edib.

Bizimxeber.az Rusiya mətbuatına istinadən bildirir ki, Merkel təbrik məktubunda Qorbaçovun soyuq müharibənin başa çatmasına və Almaniyanın birləşməsinə verdiyi töhfəni xatırladıb.

"Əziz cənab Prezident, mən sizi 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, soyuq müharibənin sülh yolu ilə aradan qaldırılmasında, eləcə də alman birliyinin əldə olunmasında şəxsən iştirakınıza görə, Sizə bir daha təşəkkür etmək üçün xoş gününüzdən istifadə edəcəyəm",-deyə Merkelin hökumət Mətbuat Xidmətinin açıqladığı teleqramında bildirilir.

O qeyd edib ki, Qorbaçovun Almaniyanın sülh yolu ilə birləşməsinə verdiyi töhfələr Rusiya ilə Almaniya arasında dostluq münasibətlərinin qurulması üzərində görülən işlər kimi, AFR-də də unudulmur.

Mixail Qorbaçov Sovet İttifaqına 1985-ci ildən 1991-ci ilədək Sov.İKP MK-nın baş katibi, sonra isə SSRİ prezidenti kimi başçılıq edib. Belovejsk sazişlərinin imzalanmasından sonra 1991-ci ilin dekabrında o, prezident vəzifəsində fəaliyyətinin dayandırılmasını elan etdi. İstefa verdikdən sonra Qorbaçov beynəlxalq sosial-iqtisadi və Siyasi Tədqiqatlar Fondu (Qorbaçov-Fond), Beynəlxalq Yaşıl Xaç, yeni siyasət Forumunu yaratmış və Nobel Sülh mükafatı laureatlarının Forumunun yaradılmasının təşəbbüskarlarından biri kimi çıxış etmişdir.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84