Merkel peyvəndi tapan türk cütlüklə onlayn görüşdü
-
1320 oxunma

Almaniya kansleri Angela Merkel koronavirus peyvəndini ixtira edən alman “BioTech firmasının qurucuları Uğur Şahin və Özlem Türeci ilə görüşüb. Merkel baş tutan onlayn müzakirədə əslən Türkiyədən olan həkimlərlə qürur duyduğunu qeyd edib.
“Sizinlə fəxr edirik. Bunu hökumətimiz adından deyə bilərəm”,- deyə Merkel qeyd edib.
O, Uğur Şahin və Özlem Türecinin tapdıqları peyvəndin insan həyatı üçün əhəmiyyətinə diqqət çəkib və “COVID-19” səbəbiylə yüksək ölümlərin bu vaksin sayəsində azalacağına ümid etdiyini bildirib.
Kansler Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın G-20 toplantısında həkimlərin türk olmaları haqqında danışdığını, buna xoşbəxt olduğunu söyləyib.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84