Merkel Aİ sərhədlərinin britaniyalılar üçün bağlanmasını istəyir
-
1360 oxunma

Almaniya hökuməti Avropa İttifaqının Böyük Britaniya üçün uçuş qadağası tətbiq etməsini istəyir. Bizimxeber.az bildirir ki, "TASS"-ın verdiyi məlumata görə, bu barədə ölkənin nazirlər kabinetindən bildirilib.
Rəsmi Berlin qadağaların 21 dekabrdan 6 yanvaradək qüvvəyə minməsini dəstəkləyir.
Bildirilir ki, hələ Aİ-yə dəniz yolu və La-Manş kanalı ilə girişə icazə verilib-verilməyəcəyi sualı açıq qalır. Beləliklə, Almaniya Böyük Britaniyada koronavirus mutasiyasının meydana gəlməsinə öz reaksiyasını göstərib.
Almaniyanın kansleri Angela Merkel bildirib ki, gün ərzində bu barədə Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı aparacaq.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84