. .

Meriya eyni şirkətlə daha 13 milyonluq müqavilə imzaladı

10:46 - 10 İyun
    924 oxunma


Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtda dövlət mənzil fonduna aid binaların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Bizimxeber.az Vahid Dövlət Satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Star Construction-12" QSC-dir.

Qalib şirkətə 13,471 milyon manat ödəniləcək.

Xatırladaq ki, bir qədər əvvəl Bakı meriyası paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri ilə bağlı elan etdiyi 16,56 milyon manatlıq digər tenderdə də "Star Construktion-12" QSC-ni qalib elan etmişdi.
 




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84