. .

Mərhum Xalq artistinin qızı barədə cinayət işi başlanılıb

17:05 - 27 Aprel
    4947 oxunma

Ötən ilin sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin imtahanında 70 iştirakçının zəhərlənməsinə görə məhkəmə işi başlayıb.

Bizimxeber.az bildirir ki, imtahanda yeməkləri təmin edən “Super Servis Keyterinqi”nin rəhbəri Tamilla Sadıqova həmin iş üzrə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. 

O, Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə ittiham edilir.

İbstidai istintaq yekunlaşdırılaraq Binəqədi rayon məhkəməsinə göndərilib. Aprelin 13-nə təyin edilən ilkin hazırlıq iclası təxirə salınıb. Hakim Aygün Qurbanovun sədrliyi ilə aprelin 28-də hazırlıq iclası keçiriləcək. Zərərçəkənlər 70 iştirakçı və "Yüksəliş" İctimai Birliyidir.

Qeyd edək ki, APA-nın verdiyi xəbərə görə, T.Sadıxova Azərbaycanın mərhum xalq artisti Hüseynağa Sadıxovun qızıdır.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84