"...mərhələ keçəcəyimizə inanıram” - “Qalatasaray” rəsmisi

11:16 - 17 Sentyabr
    5610 oxunma

Türkiyənin “Qalatasaray” klubunun vitse-prezidenti Abdurrahim Albayrak “Neftçi” ilə keçirəcəkləri oyunöncəsi açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, Azərbaycana gəlməzdən əvvəl “TRT Spor”a danışan klub rəsmisi, “sarı-qırmızılar”a inandığını bildirib: “Çox sevdiyimiz qardaş ölkədəyik. Rəqib klub bizə üst səviyyədə qonaqpərvərlik göstərir.

Azərbaycandakı dostlarımıza salam göndəririk. Keçirəcəyimiz oyun bizim üçün çox vacibdir. İnanıram ki, “Qalatasaray” “Qaziantep”lə matçda (3:1) göstərdiyi performansı Bakıda da göstərib, “Neftçi”ylə oyunda qələbə qazanaraq, Türkiyəyə mərhələ adlamış şəkildə qayıdacaq.Mərhələ keçəcəyimizə inanıram”. 

Oyunun harda keçirilməsinin böyük bir fərqi yoxdur. Oyun İstanbulda da keçirilsə, yenə azarkeşlər olmayacaqdı. Azarkeş olmadan oyunun dadı-duzu yoxdur, harda oynanılsa, eynidir”. Bu gün Bakı Olimpiya stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” matçına saat 20:00-da start veriləcək.

Bizimxerber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84