Mərdəkan-Buzovna-Bilgəh yolunda tikilən yeni keçid kimlər üçündür? - FOTO

13:21 - 02 Sentyabr
    2080 oxunma

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumat yayıb. Bizimxeber.az məlumatı olduğu kimi oxucuların diqqətinə çatdırır.

Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq onların təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən yolda (köhnə “Mərdəkan Broyler” ASC-nin yaxınlığı) yerüstü piyada keçidi inşa edilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Agentlik mütəxəssisləri yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə əraziyə baxış keçirilib, ən optimal sahə seçilərək yerüstü piyada keçidinin tikintisi həyata keçirilib. Piyada keçidinin ümumi uzunluğu panduslarla birlikdə 180 metr təşkil edir. Keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkətini təmin etmək üçün müasir, beynəlxalq standartlara uyğun, 80 maillikli piyada pandusları quraşdırılıb.

Keçid üç dayaqlıdır. Orta hissə uzunluğu 52 metr, eni 4,5 metr olan tor şəkilli metal konstruksiyadan ibarətdir. Müasir işıqlandırma sistemi qurulmuşdur. Keçiddə həmçinin daimi qulluq edəcək personal üçün xidməti otaqlar inşa edilib.

Qeyd edək ki, bu Bakı şəhərində cari ildə inşa olunan sayca dördüncü piyada keçididir. Bundan öncə Heydər Əliyev prospektində yeraltı, Moskva prospekti və Neapol küçəsində isə yerüstü piyada keçidləri inşa edilib.

Bizimxeber.az Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata diqqət çəkərək bildirir ki, yayılan məlumatda qeyd olunur ki, Mərdəkan-Buzovna-Bilgəh avtomobil yolunda avtonəqliyyatın intensiv hərəkətini və yol boyu yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq onların təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən yolda (köhnə “Mərdəkan Broyler” ASC-nin yaxınlığı) yerüstü piyada keçidi inşa edilib.

Əvvəla onu deyək ki, bu keçid köhnə “Mərdəkan Broyler” ASC-nin yaxınlığında yox, təxminən 2-3 km uzaqdadır. Köhnə “Mərdəkan Broyler”lə bu keçidi təxminən 2 km-dən artıq məsafə ayırır. Tikintisi 1 idən çox davam edən, bir neçə dəfə sökülən və yenidən inşa edilən bu keçidləri üzü şəhər istiqamətində Şağan 1, Şağan 2 və Qala yolu deyilən (Rahat Marketin) qarşısında quraşdırmaq lazım idi. Çünki, bu ərazilərdə demək olar ki, hər həftə qəza və ölüm halları baş verir. 

Bir ildən artıq vaxtda tikilən bu məlum keçiddən bu ərazidə milyonluq villalarda yaşayan  ("Villa Siena" bu keçidin yaxınlığında yerləşir) bahalı evlərin sahibləri və restoranlarına gələn insanlar yararlana biləcəklər. Hətta məlumatlar var ki, bu keçidi Villa Siena-nın sahibi inşa etdirib.

Bu keçiddən daha vacibi Şağan1 və Şağan 2 ərazilərində tikilməli idi. Bu yoldan hər gün 100-lərlə insan işə, üşaqlar məktəbə, baxçaya gedib gəlir. Hər an təhlükədədirlər. Hər an bu insanlar ölümlə qarşı-qarşıyadırlar. Bu ərazidə avtomobillər tərəfindən vurulan adamların sayı hər gün hər ay artır. Bu ərazidə avtomobillər tərəfindən vurulub öldürülən 10-larla fakt göstərə bilərik. Amma təəssüflər olsun ki, illərdir bu keçidlərin inşası baş vermir. Uşaqların həyatı təhlükəyə atılıb. Aeraport-Mərdəkan avtomobil yolunda neçə belə keçid var ki, aylarla bir adam bu keçiddən istifadə etmir.

Daha neçə insanın, məktəblinin ölümünü gözləyirik? Axı burada yaşayanlarla, "Villa Siena" da yaşayanların fərqi boyukdur. Onlar milyonluq evlərdə yaşayırlar, Şağan1, Şağan 2 ərazilərində yaşayanlar isə kasıb övladlarıdır, yazıqdırlar, məzlumdurlar. Axı nə qədər yalan danışmaq olar? Bu keçidin kasıba, məktəbliyə, fəhləyə heç bir aidiyyatı yoxdur. O ərazidə insanların intensiv hərəkəti yoxdur. Keçid tikmək istəyən, xalqa xidmət etmək istəyən, uşaqları qorumaq istəyənlər bunu lazım olan yerdə tikməlidir. Bu yalançı keçidləri şouya çevirməyin. Keçid olmayan bu ərazilərdə yaşayan insanlar, uşaqların həyatı təhlükədədir.  Bunu anlamaq çətindirmi? Keçidi lazım olmayan yerdə tikməklə, üstəlik insanları avam yerinə qoymaqla daha da aqressivləşdirməyin. Heç bu keçid də düz tikilməyib. Əyriliyi kənardan açıq şəkildə görünür. Gedin diqqətlə baxın!

Ədil
Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84