“Mənim səsim əvəzolunmazdır” - Tacir

17:06 - 21 Dekabr
    1440 oxunma

Müğənni Tacir Şahmalıoğlu Əməkdar artist Təyyar Bayramovun oğlu Kənanın onun məşhur "Bayatı şiraz"ını oxumasından danışıb. Pravda.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Elgizlə izlə” proqramının qonağı olan T.Şahmalıoğlu həmkarının oğlunun onu yamsıladığını deyib:

"Təyyar Bayramovun oğlu da məni yamsılayır. Kaseti qoyub öyrənib. Eynisi deyil, ondan daha aşağı səviyyədədir. Mənim kimi oxuması mümkün deyil. Səsimdə çalarlar var ki, muncuq kimi düzmüşəm. İndi səslərin başına oyun gətirirlər: təmizləyirlər, nələr edirlər.

Neçə ildir sənətdəyəm, heç kimi qısqanmamışam. Mənə neçə dəfə mahnımı oxumaqla bağlı müraciət edilibsə, demişəm olar. Amma o demək deyil ki, məni təkrarlayasan. Mənim ifamdan çox önəmli yerlərdə istifadə edilib. Bu səs əvəzolunmazdır, onu ikiləməyə heç kimin ixtiyarı yoxdur”.

Bizimxeber.az

 

, 16:37   

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84