“Məni öldürməyincə başqa seçkilər olmayacaq” - Lukaşenko

13:11 - 17 Avqust
    2060 oxunma

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə təkrar seçkilərin keçirilməyəcəyini bildirib. Bizimxeber.az “Belta”ya istinadən xəbər verir ki, Lukaşenko bu barədə bu gün Minsk Təkər Traktor Zavodunun (MZKT) işçiləri ilə görüşündə açıqlama verib.

“Heç vaxt təzyiq altında bir şey etməyimi gözləməyin. Heç bir təkrar seçki olmayacaq. Çünki nə MZKT, nə MAZ, nə də BELAZ olmayacaq, altı ayda hər şeyi məhv edəcəyik”, - deyə Lukaşenko qeyd edib. 

O, hakimiyyəti küçə etirazları ilə deyil, konstitusiya prosesi ilə yenidən bölüşdürməyə çağırıb. "Ədalətsiz seçkilərdən danışırsınız və ədalətli seçkilər keçirmək istəyirsiniz? Mən bu suala cavab verirəm. Seçkiləri keçirdik. Məni öldürməyincə başqa seçkilər olmayacaq",-deyə Lukaşenko bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84