Məmurlar milyonları necə qazanır? - ARAŞDIRMA

12:07 - 01 Fevral
    92320 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Tikinti sektorunda davam edən özbaşına vəziyyət illərdir sistemləşmir. Daha doğrusu, tikinti monopoliyasını nəzarətdə saxlayan məmur korpusu vəziyyətin eyni tempdə davam etməsi üçün əlindən gələn bütün vasitələrdən yararlanır.

Ötən günlərdə Bizimxeber.az olaraq bu monopolist şirkət rəhbərlərinin əməllərindən nəinki vətəndaşların, hətta dövlətin, büdcənin  böyük ziyan gördüyünü yazmışdıq. Kiçik xatırlatma edək ki, 2016-cı ilədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şirkətlər həm sadələşdirilmiş, həm də ƏDV ödəyicisi idilər. Bu hallar "kölgə istisadiyyatı" və qara mühasibat ilə mübarizədə müəyyən dövrdən sonra sadələşdirilmiş verginin ödəyicisi olmaq istəyinin azalmasına xidmət edəcəyi barədə fikirlər ortaya çıxarırdı.

Lakin ən yeni qaydalara görə, tikinti fəaliyyəti ilə məşğul olan şəxslər artıq vahid vergiqoyma sistemində fəaliyyət göstərir, ƏDV və mənfəət vergisi ödəyicisidirlər. Yəni dövlət burada da tikinti şirkətlərinin gələcək fəaliyyətini, reallıqlardan irəli gələn halları sığortalamağa çalışıb və rentabellik yaradıb.

Elə isə bu qədər güzəşt, sığortalamadan sonra tikinti şirkətləri rəhbərlərinin gözü niyə doymur? 

Bizimxeber.az-ın araşdırmaları zamanı bəlli olmuşdu ki, ölkəmizdə fəaliyyət göstərən böyük tikinti şirkətləri inanılmaz yollarla gəlirlərini atırmaqda davam edirlər. Bu əməllərini həyata keçirmək üçün digər şirkətlərdən, hətta rəsmi qurumlardakı adamlarından yararlanırlar. Şirkətlər daha ucuz – keyfiyyətsiz kitay materaialları tikinti işini yekunlaşdırır. Daha sonra ucuz qiymətə aldıqları materialları rəsmi sənədlər üzərində türk məhsulları adı altında baha qiymətə rəsmiləşdirirlər.

Bu qara fəaliyyət zamanı şirkət rəhbərlərinin köməyinə gömrükdəki işbazlar gəlir. Gömrükçülərlə əlbir olan şirkət rəhbərləri ölkə bazarından daha ucuz aldıqları (əsasən kitay məhsullarını) materiallarlala tikdikləri binanı tükr məhsulları adı altında daha baha qiymətə rəsmiləşdirilər. Nəticədə şirkətlər bir binadan azı 4-5 milyon manat qazanc əldə edir ki, bu gəlir gizlədilir.

Elə isə necə gizlədilir? Aidiyyatı qurumlar bu gəlirlərə nədən nəzarət etmir? Ölkədə bütün gəlirlərə ciddi şəkildə nəzarət etməli olan Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəhbərliyi nəyi gözləyir? Bu qurumun işi məhz belə cinayətləri görmək və qarşısını almaqdırsa,  nəticə olaraq görmürsə, qarşısını almırsa nədən fəaliyyət göstərir? 

Bizimxeber.az-ın araşdırmasına görə, tikinti sektorunda milyonların büdcədən, vergidən gizlədilməsi əməliyyatları Dövlət Gömrük Komitəsi rəhbərinin, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisinin gözü qarşısında aparılır. Mümkün deyil ki, baş verənləri çəmiyyət görsün, onlar görə bilməsin. Bütün bunlar göstərir ki, bi sistemin məlum fəaliyyəti bu şəxslər üçün qənaətbəxşdir. "Al gülüm, ver gülüm" qaydaları davam edir. Dövlətin böyük şirkətlərə ciddi yardımı, vergi şərtlərinin yüngülləşdirilməsi ilə bağlı dəstəyi artdıqca, qaydalar sadələşdikcə, işbazlar yeni-yeni fırıldaq yolların axtarışına çıxır.

Əsas odur ki, pul qazansınlar. Milyonları yuxarıda adları çəkilən məmurlarsız qazanmaq mümkün deyil. Əgər onlarsız mümkün deyilsə, məntiqlə bu sahədəki milyonlardan onlara da pay düşür. Beləcə tikinti sektorunda milyonlar qazanılır, büdcəyə isə qəpik-quruş gedir. Məmurlar varlanır, dövlər kasıblayır.

Hazırda bizə məmurların deyil, dövlətin varlanması lazımdır. Dövlətin varlanması üçün bu məmurların fəaliyyətinə ciddi nəzarət həyata keçirilməlidir, milyonların axın istiqamətini ciblərə deyil, büdcəyə dəyişmək lazımdır. Gömrük gəlirləri ilə vergi daxilolmaları halal olmadıqca, dövlətin sürətli iqtisadi inkişafı mümkünsüz olacaq. Hələliksə biz bunun şahidi olmuruq. Ancaq məmurlar varlanır...

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84