Məmur oğlu qəza törətdi — ölən var

12:43 - 06 Sentyabr
    7660 oxunma

Xaçmazda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb. Hadisə Xaçmaz-Xudat yolunun rayonun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb. 

Xaçmazın Palçıqoba kənd sakini, 1993-cü il təvvəllüdlü Səlim Natiq oğlu Alışov yolu keçmək istəyərkən onu “Mercedes” markalı avtomobil vurub. S.Alışov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona açıq kəllə-beyin travması, sağ baldır sümüyünün açıq yarası diaqnozları qoyulub.

Yaralıya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Şahidlərin sözlərinə görə, hadisəni törədən “Mercedes” markalı avtomobilin sürücüsü 3 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Vüqar Məmmədovun oğlu Firuz Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84