. .

“Meliorasiya”dan 1 milyonluq tender udan Rövşən Əliyev kimdir?

11:35 - 10 Mart
    6247 oxunma

Qax Suvarma Sistemləri İdarəsi martın 9-da 2 satınalma müsabiqəsi keçirib. Ümumi məbləği 432 min manat olan tenderlərin qalibi Rövşən İsmayıl oğlu Əliyev (VÖEN- 4300406972) olub. Tenderin şərtlərinə görə, Rövşən Əliyev Qax Suvarma Sistemləri İdarəsinə əsaslı və cari təmir üçün tikinti materialları satacaq.

Rövşən Əliyev ötən il də Qax Suvarma Sistemlərin İdarəsinin keçirdiyi 2 tenderin qalibi olub. Həmin zaman idarəyə satdığı əsaslı və cari təmir üçün nəzərdə tutulan tikinti materiallarına görə Rövşən Əliyevə 475 min manat ödənilib. 
 

Maraqlıdır ki, Rövşən Əliyev keçən il 2 tenderin qalibi olsa da, onunla yalnız bir satınalma müqaviləsi bağlanıldığı açıq məlumat mənbələrində əksini tapıb. Həmçinin, 1 il ərzində Suvarma İdarəsinə az qala 1 milyon manat məbləğində material satan Rövşən Əliyevlə bağlı internet resurslarında heç bir məlumat yoxdur… /Qaynarinfo/

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84