Meliorasiya və Su Təsərrüfatı ASC 1,26 milyonluq tender keçirdi (FOTO)

11:25 - 04 Dekabr
    2710 oxunma

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti dekabrın 3-də dəyəri 1 milyon 260 min manat dəyərində tenderə yekun vurub. Tenderi  "Hovers Group” MMC qazanıb.

Tenderin keçirilməsində məqsəd Yevlax və Goranboy rayonları ərazisində 3120 hektar əkin sahəsi olan təsərrüafatın suvarma suyu ilə təmin edilməsi üçün xarici elektrik təchizatını qurmaq olub. Satınalmanın şərtlərində detallı məlumatlar göstərilməsə də, yalnız 1.135 kilometr məsafədə elektrik təhcizatının aparılması əksini tapıb.

"Hovers Group” 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edilib. Şirkət beton, metal, tikinti materiallarının istehsalı ilə yanaşı bərpa və tikinti, eləcə də dizayn layihələrini həyata keçirir. 

Qeyd edək ki, şirkət son 2 ildə dövlət satınalmalarında 3 dəfə qalib olub. Belə ki, 2020-ci ilin aprel ayinın 3-də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli  54 mənzilli 54 №-li yaşayış binasının tikintisini həyata keçirilməsi üzrə tenderin qalibi "Hovers Group” olub. Tenderin məbləği  3 milyon 93 min 393 manat təşkil edib.

Ötən ilin noyabr ayında isə Kənd Təsərrüfatı Nazirliynin Qobustan rayon Cəngi ərazisində yararsız "Pestisid” dərman tullantılarının mövcud saxlanılma Poliqonunun təmiri üzrə keçirdiyi tenderi də "Hovers Group” qazanıb. Tenderi məbləği ilən 552 min 438 manat olub. 

"Hovers Group”  həmçinin bir sıra özəl şirkətlərin də layihələrini həyata keçirib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84