.
.

Məktəblilərin intiharının səbəbləri nədir?

11:28 - 10 Mart
    5520 oxunma


"Qəbul və buraxılış imtahanı bu uşaqları çox gərgin depressiyaya salıb”. 

Bizimxeber.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin intiharına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bu hadisə hər bir vətəndaşı düşündürməlidir: "Bu şagirdlər, əlavə olaraq da 85 min 11-ci sinif şagirdi 1 ildir məktəbə ayaq qoymur.

Əvvəllər bu şagirdlər məktəbə gedib bir az ünsiyyət qururdu. İndi isə çətin onlayn dərslər, bütün günü ev şəraitində yaşama yetkinlik yaşında olan şagirdlərə çətinlik yaradır. Ümid edirəm ki, karantin rejimi qərarını qəbul edənlər bunları nəzərə alar”.

Qeyd edək ki, Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri intihar edib. Hadisə Lökbatanda baş verib.  Şagirdlər - 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı hündürmərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84