Məktəblər yenidən bağlanacaq?
-
13080 oxunma

Təhsil naziri Emin Əmrullayev məktəblərin yenidən bağlanacağı haqqında müzakirələrə aydınlıq gətirib. Emin Əmrullayev vurğulayıb ki, qarşıdan Novruz bayramı gəlir, sabah axırıncı dərs günüdür:
"Düşünürəm ki, növbəti 9 gün ərzində olan dinamika məktəblərin fəaliyyətini şərtləndirən əsas amil olacaq.
Bu mənada vətəndaşların Novruz bayramı müddətindəki davranışından çox şey asılıdır.
9 gün təmaslar azalacaq, məktəblər, iş yerləri tətildə olacaq, daha ehtiyatla davransaq, yəqin ki, saylar aşağı düşə bilər və bu, məktəblərin davamlı fəaliyyətini saxlamağa imkan verər. Ümid edirəm ki, buna nail olacağıq".
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84