Məktəb və universitetlərin sentyabrda açılmasına səy göstərilir

10:53 - 04 May
    1060 oxunma

ABŞ Prezidenti Donald Tramp ölkədə məktəb və universitetlərin həmişəki kimi sentyabr ayında açılmasına səy göstərdiyini açıqlayıb.

“Fox News” xəbər verir ki, ABŞ lideri eyni zamanda ölkədə adi həyat tərzinin bərpa olunmasına çalışdığını deyib: "Bəli, şagird və tələbələrin dərslərinə başlamasını, həmçinin, ölkənin adi həyat tərzinə qayıtmasını istəyirəm. Bu halın qeyri-müəyyən müddətə davam etməsini istəmirəm". 

ABŞ-ın əksər ştatlarında pandemiya ilə əlaqədar hazırda yalnız mağaza və apteklərin fəaliyyət göstərdiyini deyən prezident restoran və kafelərin sifarişlərə uyğun olaraq yalnız ünvana çatdırılma xidməti göstərdiyini bildirib.

Hazırda ABŞ-da idman zalları, muzeylər, təhsil müəssisələri və kinoteatrlar bağlıdır.

Tramp əlavə edib ki, ştatlarda tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qubernatorlar qərar verə bilər: “Hər ştatda mövcud vəziyyət fərqlidir”.
Qeyd edək ki, Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da 1,15 milyondan çox insan koronavirusa yoluxub. Onların 67,6 minindən çoxu dünyasını dəyişib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84