Məhkumlar virusdan qorunur

01:33 - 19 Mart
    323516 oxunma

Cəzaçəkmə müəssisələrində koronavirusun yayılma riskini minimuma endirmək istiqamətində profilaktik tədbirlər davam etdirilir.

10 Saylı cəzaçəkmə müəssisəsinin rəisi Fikrət Qafarovun sözlərinə görə, izolyasiya tədbirləri çərçivəsində məhkumların yaxınları ilə görüşləri müvəqqəti qadağan edilib.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev bildirdi ki, indiyə qədər məhkumlarda heç birində koronavirusa yoluxma halı qeydə alınmayıb. Buna baxmayaraq dezinfeksiya işləri təxirəsalınmaz qaydada davam etdirilir. Məhkumlar ərzaqla tam təmin olunub və bununla bağlı hər hansı narahatlığa əsas yoxdur.Bunu REAL-a açıqlamasında Ədliyyə Nazirliyi yanında İctimai komitənin üzvü Əlməmməd Nuriyev deyib.

Ombudsman aparatının şöbə müdiri Rəşid Rumzadənin sözlərinə görə, bütün qurumlar kimi ölkə Ombudsmanı da mövcud vəziyyəti mütamadi nəzəratdə saxlayır.

Qeyd edək ki, cəzaçəkmə müəssisələri tərəfindən məhkumlara bayram sovqatları verilib.




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
 
  [email protected] 
  [email protected]

  Mobil və Whatsapp  -  (077) 611-44-00