.
.

Məhkumlar Moskva həbsxanasında qiyam qaldırdı

15:30 - 16 Mart
    6760 oxunma


Moskvanın "Vodnik" təcridxanasında martın 15-də - bazar ertəsi axşam qiyam qalxıb.

Bizimxeber.az REN TV-yə istinadla xəbər verir ki, məlumatına görə, ondan çox məhbus qiyamda iştirak edib.

Birinci təhlükəsizlik binasında qalxan qiyamın təşəbbüskarları səkkiz videeomüşahidə kamerasına, dörd məlumat stendinə, qida paylayan səkkiz bacaya və həbsxana işçilərinə zəng etmək üçün düymələrə ziyan vurub.

Məhkumlar növbətçi praporşiki təhdid edərək ona hücum ediblər. FSIN rəsmi olaraq bu olaya münasibət bildirməyib. Qiyam iştirakçıları və istintaq təcridxanası əməkdaşlarının artıq dindirildiyi məlumdur.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84