. .

Məhkəmə sədri sərxoş halda polisə müqavimət göstərib? - DİN-dən AÇIQLAMA

16:49 - 23 Aprel
    22279 oxunma

Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılaraq polisə aparılıb. Hadisə bu günlərdə Gəncənin Kəpəz stadionunun yaxınlığında baş verib.

Məhkəmə sədrinin saxlanılmasına səbəb isə onun sərxoş olması ilə yanaşı, tibbi maskadan istifadə etməməsi və polisə müqavimət göstərməsi olub. Belə ki, məhkəmə sədrinə yaxınlaşan Post-Patrul Xidmətinin əməkdaşları onu sorğu-sual edərkən mübahisə düşüb və mübahisə zəminində xoşagəlməz hallar yaşanıb. 

Qarşılıqlı mübahisənin sonunda Natiq Əliyevi polisə gətiriblər. Araşdırma zamanı onun məhkəmə sədri olduğu üzə çıxdığından barəsində inzibati tənbeh tədbiri görülməyib və sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyevlə əlaqə saxlayıb. Şöbə rəisi bildirib ki, Gəncə şəhərində məhkəmə sədrinin polisə aparılması və sonradan sərbəst buraxılması barədə xəbər araşdırılıb və belə bir hadisənin baş vermədiyi bəlli olub. /Pravda/

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84