Məhkəmə Koçaryanın ölkədən çıxmasına icazə verdi

14:14 - 02 Fevral
    9320 oxunma

Eks-prezident Robert Koçaryanın fevralın 3-dən 8-dək xaricə getməsinə icazə verilib. Bu barədə prokuror Gevorg Bağdasaryan bu gün keçirilən məhkəmə iclasında polisdən alınan bildirişə istinad edərək məlumat verib.

“Buna əsasən polis müvəqqəti olaraq Robert Koçaryanın səyahətinə qoyulan məhdudiyyətləri ləğv edir”,- deyə Bağdasaryan qeyd edib.

O, Koçaryanın hansı səbəblə və niyə məhz bu müddət ərzində Ermənistanı tərk edə biləcəyinə dair məhkəmədən izahat almadıqlarını qeyd edib. Hakim Anna Danibekyan prokurorluğun qaldırılan suallara məhkəmə katibliyindən cavab alacağını və bundan sonra iclasın davam edəcəyini bildirib. Bu gün Armen Gevorgyan işi üzrə müttəhimlərdən birinin vəkili Eric Aleksanyan hakim Anna Danibekyandan hakimlikdən çəkilməsini tələb edib.

Xatırladaq ki, 26 iyul 2018-ci il tarixində Ermənistan Xüsusi İstintaq Xidməti Koçaryanı 1 Mart 2008-ci il tarixindəki etiraz aksiyalarının dağıdılması ilə bağlı qaldırılmış cinayət işi çərçivəsində konstitusiya quruluşunu devirməkdə ittiham edib. Koçaryan ittihamları uydurma siyasi təqib hesab edir. Cinayət işində KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və prezident administrasiyasının keçmiş rəhbəri Armen Gevorgyanın da adı keçir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84