Medvedevdən Kiyevin sanksiyaları ilə bağlı açıqlama
-
10280 oxunma

"Ukrayna hakimiyyəti çoxdan təcavüz və ikili standartlara qərq olub".
Bizimxeber.az xəbər verir ki,bunu ria.ru portalına Vahid Rusiya partiyasının sədri Dmitri Medvedev “Müxalif platforma – Həyat üçün” partiyasının sədri Viktor Medvedçuk və həyat yoldaşına qarşı tətbiq edilən sanksiya barədə danışarkən bildirib: "21-ci əsrdə, xüsusən Qərb siyasətçilərini demokratik qurumlarının gücünə inandıran Avropa İttifaqına qoşulmağı çox istəyən bir ölkədən belə bir qərarın verilməsi qəribə deyil. Onlar çoxdan təcavüz və ikili standartlarla addımlayırlar".
Qeyd edək ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiyaya uçuşların həyata keçirildiyi şirkətlərin sahibləri də daxil olmaqla 19 hüquqi və səkkiz şəxsə qarşı sanksiya tətbiq edilməsinə qərar verib.
Onlar arasında Rusiya Müxalifət Platformasının siyasi şurasının rəhbəri - Viktor Medvedçuk və həyat yoldaşı Oksana Marçenko da var.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84