. .

Medvedevdən ABŞ-ın Rusiyaya qarşı mövqeyinə sərt taktika

15:51 - 23 Aprel
    5726 oxunma

ABŞ Rusiya ilə münasibətlərdə ikili yanaşma taktikası seçib. 

Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, sabiq Prezident Dimtri Medvedev RİA “Novosti” üçün yazdığı məqaləsində qeyd edib. “ABŞ Administrasiyasının yeni taktikası – bir tərəfdən dialoqun vacibliyini vurğulamaq, digər tərəfdən isə təzyiqi gücləndirməkdir”, - deyə məqalədə bildirilir. 

Qeyd edək ki, aprelin 15-də ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Eyni zamanda Vaşinqton Rusiyanın 10 diplomatını ölkədən çıxarmağa qərar verib. Bundan əvvəl isə ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında münasibətlərin yoluna qoyulmasına hazır olduğunu bildirmiş və üçüncü ölkədə görüş keçirməyi təklif etmişdi.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84