Mədəniyyət Nazirliyi ilə bağlı ŞOK FAKTLAR açıqladı

01:33 - 29 Yanvar
    7160 oxunma


Bizimxeber.az xəbər verir ki, tanınmış aktyor, prodüser İlkin Həsəninin moderator.az-a müsahibəsinintəqdim edir:

– Peyvənd vurdurmağı düşünürsünüzmü? Ümumiyyətlə peyvəndin təhlükəsizliyinə nə qədər inanırsınız?

– Bu mövzu ilə bağlı hərə bir söz deyir. Həkim dostlarım da bu istiqamətdə araşdırmalar aparır. Onların içində  peyvənd vurduranlar da var. Yəqin ki, peyvəndin aşırı fəsadları olmaz. Olarsa bu haqda düşünməyə dəyər.

– Gözləyəcəksiniz ki, çevrənizdəki insanlar vurdursun, nəticəyə baxıb elə qərar verəcəksiniz?

– Mən koronavirusa yoluxub sağalmışam. Bildiyim qədəri ilə yoluxub sağalanlar ən sonda peyvənd olunacaq. Hər ehtimala həm dünyada, həm də Azərbaycanda vaksinasiya prosesini izləyirəm. Hansı fəsadların ola biləcəyi ehtimallarından da xəbərdaram. Hələ ki, gözləyirik, görək nələr olacaq. Peyvəndlərin vurulmasından sonra deyirlər başqa bir bəla gələcək. Proqnozlar var ki, gələn il bundan daha betər olacaq. Bill Geyts deyib ki, 2022-ci ilə daha dəhşətli bəla gələcək.

– Pandemiya hansı işlərinizdə maneçilik törətdi?

– Pandemiya bir çox işlərimə mane oldu. Ötən il həm televiziya, həm də internet üçün yeni layihələr hazırlamışdıq. Təəssüf ki, pandemiyadan dolayı o işlər yarımçıq qaldı. Biz sponsorlardan maliyyələşən bir qurumuq. Sponsorların vəziyyətinin pis olması bizim də işimizə əngəl törətdi. Ötən ili ziyanla işləmişik.

–  Artıq yeni bir dönəm gəlir və bu dönəmdə dəyişikliklər qaçılmazdır. Sizin layihələrinizdə bu dəyişikliyi hiss etmək mümkün olacaqmı?

– Yeni dönəmə qalib xalq kimi qədəm qoyduq. Özümüzü qalib xalqın nümayəndəsi kimi hiss edirik. Bu hiss istər istəməz avtomatik olaraq işlərimizə də yansıyacaq. Yəni bizə daha çox ruh yüksəkliyi verəcək. Elə şeylər vardı ki, biz onunla bağlı heç nə edə bilmirdik. I Qarabağ müharibəsi ilə bağlı qəhrəmanlıq dastanı və bu xüsusda film, sosial çarx çəkə bilmirdik. Nəticədə biz o döyüşü məğlub olmuşduq. Torpaqlarımızı itirmişdik. Ona görə də bu istiqamətdə ürəyimiz istədiyi layihələri edə bilmirdik. Bu ildən başlayaraq II Qarabağ döyüşlərində canından keçmiş, torpaqlarımızı işğaldan azad edən igid, qəhrəmanlarımız haqqında layihələlər, filmlər, seriallar, sosial çarxlar çəkiləcək. Bu prosesdə özümüz də iştirak edəcəyik. Köhnə həyatımıza bu dəfə qalib kimi geri qayıtmışıq.

– Sizdə daha çox komediya layihələri uğurlu alınır. Bu xüsusda digər janrda olan layihələriniz tamaşaçı tərəfindən qəbul olunacaqmı?  

– Tamaşaçıların zövqü müxtəlifdir. Komediyanı da sevənlər var, digər janrları da. Hazırda ətrafımızda olan tamaşaçıların 90 faizi komediyaya üstünlük verir. Oktyabr-noyabr aylarında Mədəniyyət Nazirliyinin dəstəyi ilə video çarx çəkdik. Ondan sonra gördüm ki, bu günə kimi komediya ilə maraqlananlar həmin çarxa heç bir rəy yazmadı. Buraya artıq yeni tamaşaçılar reaksiya verdi. Onların da sayı kifayət qədər idi.

Əslində bu bizim üçün bir sınaq idi ki, insanlar bunu necə qəbul edəcək. Gördük ki, yaxşı qəbul olundu. Gələcəkdə bu mövzuya aid film, serial nəsə orataya çxara bilərik.

– Yenilikdən söhbət düşmüşkən qeyd edək ki, hazırda yeni Mədəniyyət Nazirimiz də təsdiqləndi. Ondan gözləntiləriniz nələrdir?

– Anar Kərimov nazir təyin olunmamışdan öncə müvəqqəti olaraq bu vəzifəsini icra edirdi. Həmin dönəmdə onun yaradıcılıq fəaliyyətinə baxdıqda isə istər Azərbaycanda, istərsə də vətəndən kənarda gördüyü işlərin məhsuldarlığının şahidi oldum.  Elə müavin vəzifəsinə təyin olduqda sosial şəbəkə hesabımda “Azərbaycan mədəniyyəti, gözün aydın olsun!”- deyə paylaşım etdim.

Yeni nazirlə bağlı ümidlərimiz böyükdür.  Əvvəlki nazirlərə elə də böyük ümidlərimiz yox idi. Bu dəfə fərqli olacağını düşünürük. Anar Kərimovun gənc, yenilikçi olması təqdirəlayiq haldır. 

Düşünürəm ki, qısa bir müddət ərzində Azərbaycan mədəniyyəti üçün bir çox işlər görə biləcək. Necə ki, artıq uğurlu siyasətinin nəticəsini görməyə başlayırıq. Belə ki, ssenarilər və qısametrajlı filmlər üzrə tenderlər keçirilir. Bizim kimi prodakşınlar, kiçik media şirkətləri orada iştirak etmək hüququ  əldə edir.  Əvəllər isə nəinki konkursda iştirak etmək, heç Mədəniyyət Nazirliyinin yanından keçə bilmirdik. O zamanlar bəlli şirkətlər nazirliklə bu işləri görürdü. İndi bütün prodakşn şirkətlərə şərait yaradılıb ki, ortaya iş qoya bilsinlər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84